AZ

“Yay vaxtına keçid ləğv edilməlidir” - Tramp

ABŞ-nin yeni Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki hesabından yay vaxtı ilə bağlı açıqlama verib. 


Sfera.az xəbər verir ki, Tramp yay vaxtının ləğv edilməsinin zəruri olduğunu bildirib.

 

Onun fikrincə, ABŞ-də tətbiq olunan yay vaxtı rejimi ölkəyə baha başa gəlir. 


ABŞ-də bəzi respublikaçı senatorlar uzun müddətdir ki, Konqresi yay vaxtına keçidi ləğv etməyə çağırırlar. ABŞ-də yay vaxtına keçid hər il martın 10-da başlayır və noyabrın 3-də bitir. Yay vaxtına keçidlə əlaqədar saatlar bir saat geri çəkilir.


Birinci Dünya müharibəsindən bu yana ABŞ-də müxtəlif üsullarla tətbiq edilən yay vaxtı 1966-cı ildə qüvvəyə minən federal qanunla ölkə daxilində tətbiq olunmağa başlayıb.


Vasif
 

Seçilən
27
sfera.az

1Mənbələr