AZ

Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər ilə cari ilin yekununa dair toplantı keçirilib (FOTO)

Bakı. Trend:

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsindəxarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləriilə cari ilin yekununa dair toplantı keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, toplantıda xarici dövlətlərinAzərbaycanda akkreditə olunmuş 34 nümayəndəsi iştirak edib.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik ElçinAbdullayev 44 günlük Vətən müharibəsində qazanılan Qələbədəndanışaraq bildirib ki, Azərbaycan tarixi Zəfər qazanaraq 30 illikişğalı sona çatdırdı, separatçı rejimə son qoydu və Cənubi Qafqazregionunun təhlükəsizliyi təmin edildi.

Toplantıda 2024-cü il ərzində ölkəmizdə hərbi əməkdaşlıqçərçivəsində görülən işlərdən danışılıb, o cümlədən attaşelərinölkəmizin müxtəlif ərazilərinə etdikləri ziyarətlər barədə genişməlumat verilib. Növbəti ildə icra olunacaq fəaliyyətlər, həmçininperspektiv planlar haqqında ətraflı fikir mübadiləsi aparılıb vəhərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Məqalədə:
Seçilən
26
31
az.trend.az

10Mənbələr