AZ

Cənubi Koreya parlamenti prezident Yun Sok Yola impiçment elan edib

Cənubi Koreya Parlamenti prezident Yun Sok Yola impiçment elan edib.

APA-nın "Yonhap" Agentliyinə istinadən məlumatına görə, qərarın lehinə 204, əleyhinə isə 85 deputat səs verib.

Qeyd edək ki, ölkədə dekabrın 3-dən hərbi vəziyyətin elan edilməsi ilə bağlı ictimai-siyasi gərginlik yaranıb.

Cənubi Koreya lideri xalqa müraciətində bu qərarı Şimali Koreyadan yönələ biləcək təhlükənin qarşısının alınması məqsədilə əsaslandırıb.

Seçilən
14
apa.az

1Mənbələr