Gələn il üçün dövlət büdcəsində ayrılması nəzərdə tutulan xarici yardımların həcmi 2 dəfədən çox artırılır.
APA-nın xəbərinə görə, Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, xarici yardımlar üçün 10 milyon manat vəsait nəzərdə tutulmuşdu.
Üçüncü oxunuşda parlamentə təqdim edilən layihəyə əsasən, bu istiqamət üzrə 24 milyon manat ayrılacaq.