Bakı. Trend:
Dekabrın 18-də Naxçıvan şəhərində Naxçıvan MuxtarRespublikasının 100 illik yubileyinə həsr olunmuş “Maliyyə Forumu”keçiriləcək.
Bu barədə Trend Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinəistinadən xəbər verir.
Məlumata görə, forumun keçirilməsinin əsas məqsədi mühasibatuçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergimünasibətlərinin səmərəliliyinin artırılmasının konkretaspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə vəməlumatlandırmadan ibarətdir.
Qeyd olunub ki, forum Azərbaycan Respublikasının bir sıramərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Naxçıvan MuxtarRespublikasının hökumət nümayəndələri, muxtar respublikanın bütünmərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onlarınmaliyyə-mühasibatlıq üzrə məsul şəxsləri, muxtar respublikadafəaliyyət göstərən iri sahibkarlıq subyektlərinin rəhbərləri vəonların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri, həmçinin digərmütəxəssislərin iştirakı ilə keçiriləcək.