AZ

Cənubi Koreya prezidentinin səlahiyyətləri dayandırıldı: İmpiçment

Cənubi Koreya parlamenti prezident Yun Sok Yolun impiçmentini dəstəkləyib, onun səlahiyyətləri dayandırılıb.

Publika.az bu barədə xarici mətbuata istinad xəbər verir.

Bildirilir ki, Cənubi Koreya parlamenti prezident Yun Sok Yolun impiçmentini dəstəkləyib. Milli Assambleyanın səsvermə zalında dövlət başçısının vəzifəsindən kənarlaşdırılmasının lehinə 204, əleyhinə isə 85 deputat səs verilib. Amma hesab olunurdu ki, istefaya daha çox deputat səs verəcək.

Deputatlar prezidenti hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhddə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edən müxalifət partiyalarının nümayəndələrinin təşəbbüsünü dəstəkləyiblər. Yun Sok Yol demokratiya və hakimiyyət bölgüsü kimi konstitusiya prinsiplərini pozmaqda ittiham olunur. Bundan əlavə, o, prezidentin tətbiq etdiyi hərbi vəziyyət dövründə törətdiyi cinayətlərdə ittiham olunur.

İmpiçmentin təsdiqlənməsi ilə əlaqədar Yun Sok Yolun səlahiyyətləri müvəqqəti olaraq dayandırılır. İndi Konstitusiya Məhkəməsi dövlət başçısının vəzifədən kənarlaşdırılması məsələsinə baxacaq. Bunu etmək üçün Konstitusiya Məhkəməsinə 180 gün vaxt verilir.

Seçilən
17
publika.az

1Mənbələr