AZ

Küləkli havaya görə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

"Report" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, xəbərdarlıq dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlıdır.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Şamaxı, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Hacıqabul, Salyan, Neftçala, Daşkəsən, Göygöl, Gəncə, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax, Ağdam, Ağdərə, Mingəçevir, Şəki, Balakən, Qax, Zaqatalada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

phrase_var_article.chosen
128
49
report.az

10phrase_var_article.sources