ixeil Kavelaşvili Gürcüstanın 6-cı Prezidenti seçilib.
KONKRET.az xəbər verir ki, Gürcüstan MSK bu gün parlamentdə keçirilən səsvermənin nəticələrinin hesablanmasını başa çatdırıb.
Səsvermədə Seçicilər Kollegiyasının 225 üzvü iştirak edib, onlardan 224-ü 53 yaşlı keçmiş futbolçu, hakim partiyanın “Xalqın gücü” fraksiyasının həmtəsisçisi Mixeil Kavelaşvilinin prezident postuna namizədliyini dəstəkləyib.
Qeyd edək ki, 53 yaşlı M.Kavelaşvili Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu olub. O, yığmada ümumilikdə 46 matç keçirib və bu oyunlarda 9 qol vurub. Bununla yanaşı, Kavelaşvili Tbilisinin “Lokomotiv”, Vladiqafqazın “Spartak-Alaniya”, eləcə də “Mançester Siti” və İsveçrənin müxtəlif klublarında çıxış edib.