AZ

43 il sonra azadlığa çıxan pilot evinə QAYITDI - VİDEO

Xəbər verdiyimiz kimi, hərbi pilot Raghid əl-Tətari Suriyanın keçmiş prezidenti Hafiz Əsədin əmri ilə Hama şəhərini bombalamaqdan imtina etdiyi üçün həbs edilib və 43 il ərzində BƏƏS rejiminin həbsxanasında saxlanılıb.

Musavat.com xəbər verir ki, bu müddət ərzində ona qarşı heç bir rəsmi ittiham irəli sürülməyib və məhkəmə prosesi keçirilməyib.

Hərbi pilot ömrünün 43 ilini izolyasiya şəraitində, çox vaxt isə insan hüquqlarının kobud şəkildə pozulduğu həbsxana şəraitində keçirib.

Ragid əl-Tətarinin hekayəsi Suriyada insan haqları pozuntularının və siyasi məhbusların üzləşdiyi ədalətsizliklərin simvoluna çevrilib. Onun həyat yoldaşı, övladları və ailəsi uzun illər boyu onun azadlığa çıxmasını gözləyib, lakin hər dəfə ümidləri puç olub. Bu müddət ərzində Ragidin bir çox ailə üzvü və yaxınları dünyasını dəyişib. Ağır itkilərlə üzləşən hərbi pilot nəhayət 43 ildən sonra azadlığa çıxaraq öz evinə qayıdıb.

Onun evinə dönüşü təkcə ailəsi deyil, həm də cəmiyyət tərəfindən böyük sevinclə qeyd olunub.

Həmin görüntüləri təqdim edirik:

 

Musavat.com

Seçilən
15
2
musavat.com

10Mənbələr