AZ

Avropa liderləri Brüsselə toplaşır - Ukraynaya qoşun göndərilə bilər

Növbəti həftənin çərşənbə günü Brüsseldə Avropa liderlərinin Ukrayna prezidenti Vladimir Zelenski və NATO-nun baş katibi Mark Rutte ilə görüşü gözlənilir. Orada sülh planları və Ukraynada sülhməramlı qüvvələrin mümkün yerləşdirilməsi müzakirə ediləcək.

Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lərin məlumatında bildirilib.  

Görüşdən xəbəri olan beş nəfər “Politico”ya bildirib ki, toplantı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynaya qoşun göndərməklə Kiyev və Moskva arasında gələcək sülh sazişinə nəzarət etmək üçün Avropa ölkələrinə təzyiqləri fonunda keçirilir.

Onların sözlərinə görə, Rutte və Zelenski ilə yanaşı, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron, Polşa prezidenti Anjey Duda, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen də görüşə dəvət olunublar.

“Reuters” isə İtaliyanın baş naziri Giorgia Meloni və Britaniyanın baş naziri Keir Starmerin də görüşdə iştirak edəcəyini bildirib. Görüş çərşənbə günü Aİ-Qərbi Balkanlar sammiti çərçivəsində təşkil olunacaq.

Seçilən
37
modern.az

1Mənbələr