AZ

4 ay reanimasiyada qalan Kadir İnanırın GÖRÜNTÜLƏRİ YAYILDI

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, "Yeşilçam"ın ulduzu Kadir İnanır, ötən mart ayında beyin damarında yaranan laxtalanma səbəbindən xəstəxanaya yerləşdirilib və 4 aylıq reanimasiyadan sonra evə buraxılıb.

"Süre Film" şirkətinin sahibi Ali Gündoğdu müalicəsi davam edən Kadir İnanırı ziyarət edib.

Gündoğdu, görüş fotosunu sosial şəbəkədə "Dəyərli sənətçimiz və ağsaqqalımız Kadir İnanırın səhhəti günü-gündən yaxşılaşır. İnşallah, ən qısa zamanda sağlamlığına qovuşar," qeydiylə paylaşıb.

Kadir İnanırın həyat yoldaşı Jülide Kural, ötən həftələrdə ustad aktyorun səhhəti ilə bağlı bildirib: "Hər şey yaxşıdır. Vəziyyəti getdikcə yaxşılaşır".

Musavat.com

Seçilən
48
2
musavat.com

3Mənbələr