“Səbail” Misli premyer-liqasının 16-cı turunda “Şamaxı” ilə heç-heçə etdi - 0:0.
“Football-plus.az” xəbər verir ki, “Səbail”in baş məşqçisi Cavid Hüseynov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Hər iki komanda üçün oyun çox vacib idi. Turnir cədvəlində sonuncu yerdəyik. Qələbə üçün gəlmişdik. 1 xal ilə dönürük. Meydançanın vəziyyəti futbol oynamağa imkan vermirdi. Hava şəraitini öncədən bilirdik. Öncədən daha yaxşı hazırlıq görüb meydançanın vəziyyətini düzəltmək olardı. 1 xalla kifayətləndik. Qarşıda bizi çətin oyin gözləyir.
- İlk xalı qazandız. Hansı hissləri keçirirsiz?
- Hər oyun mənim üçün eynidi. Dördüncü oyundu, daha çox istəyərdim ki, qələbə olsun. Buna da şükür etmək lazımdı.
- “Şamaxı”da heyətlə bağlı problemlər var. Düşünmürsüz ki, “Şamaxı” tərəf meydançanı düzəltməyib ki, temp bir qədər aşağı düşsün?
- Mənim fikr bildirməyim doğru deyil.
ƏSƏD SEYİDOV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta