Faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, dekabrın 14-ü saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə 8-13 m/s, bəzi yerlərdə isə 15-20 m/s-dək zəifləyib.
Qərb rayonlarından başlayarq yağıntılar tədricən kəsilib. Bakıda və Abşeron yarımadasında isə yağıntılar dekabrın 14-ü axşamadək fasilələrlə davam edəcək. Dekabrın 15-16-da ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.
Tarix: 14 Dekabr 2024, 17:16