AZ

"Bu şəxslər əfv edilməyəcək" - Suriyanın yeni lideri açıqladı


HTŞ lideri Məhəmməd əl-Colani rejimin həbsxanalarında işgəncə və ölümlərə görə məsuliyyət daşıyanların ədalətdən qaça bilməyəcəklərini açıqlayıb.

Colani işgəncələrdə iştirak edən rejim məmurlarının əfv edilməyəcəyini və onları təqib edəcəklərini bildirib. O, qeyd edib ki, xaricə qaçanları digər ölkələrdən təhvil almaq üçün hərəkətə keçəcəklər.

Məlumata görə, Əsəd rejiminin süqutundan sonra, bir çox yüksək vəzifəli məmur ölkədən qaçıb və onların gizləndiyi yerlərdən bəziləri güman edilir ki, rejimin ən güclü olduğu sahillərdədir.

Qeyd edək ki, dekabrın 7-də HTŞ-nin Dəməşqə girməsi ilə Baas Partiyasının hakimiyyəti sona çatıb və rejim paytaxtdan qaçmışdır. Həmçinin, Suriya Milli Ordusu PKK/YPG-nin nəzarətində olan Tel-Rifatı azad edərək bölgədəki terror yuvasını təmizləyib.

  //milli.az
Seçilən
24
ann.az

1Mənbələr