AZ

Azərbaycan Almaniyanın vergi sahəsində təcrübələrini araşdıracaq

Azərbaycan Almaniyanın müxtəlif sektorlar üzrə vergi güzəştləri, xüsusilə innovasiyalara dəstək, vergi kreditləri, rəqəmsallaşmaya subsidiyalar və startaplar üçün güzəştlər, ekoloji vergi və vergitutma sahəsində digər təcrübələrini araşdırmaqda maraqlıdır. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Almaniya Federal Maliyyə Nazirliyinin Vergi Direktoratlığının rəisi Nils Vayt ilə videoformatda keçirilən görüşdə bildirilib.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər həm ikitərəfli səviyyədə, həm də İOTA çərçivəsində administrasiyalar arasında əməkdaşlığın dərinləşdirilməsi yolları, həmçinin vergi sahəsindəki təcrübələrin qarşılıqlı mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi hər iki ölkə üçün iqtisadi təcrübələrin və investisiyaların təşviqi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq beynəlxalq vergi fırıldaqçılığı ilə mübarizədə və vergidən yayınma hallarını daha səmərəli həll etməkdə administrasiyaların potensialını əhəmiyyətli dərəcədə artırır. Belə bir tərəfdaşlıq qlobal dəyişikliklərə cavab verə bilən davamlı və uyğunlaşa bilən sistemlərin inkişafına kömək edəcək, eyni zamanda hər iki ölkədə biznes üçün dəstəkləyici mühit yaradacaq.

Görüşdə bildirilib ki, 2024-2025-ci illər üçün IOTA-ya sədrlik edən Azərbaycan, eyni zamanda, təşkilatın əməliyyat effektivliyini və üzv dövlətlər üçün cəlbediciliyini artırmaq məqsədi daşıyan hərtərəfli strateji təşəbbüslər paketini hazırlayıb və bu məsələləri alman həmkarları ilə müzakirə etməkdə maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.

phrase_var_article.chosen
36
8
sia.az

9phrase_var_article.sources