Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Axar.az lent.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 13-də Mil qəsəbəsi ərazisində baş verib.
Şamil Məhəmməd oğlu Nağıyev idarə etdiyi VAZ-21099 markalı avtomobil idarəetməni itirərək yol kənarında işıq dirəyinə dəyib. Sürücü Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, yaralı dekabrın 14-də orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.