AZ

Maşın işıq dirəyinə çırpıldı: ölən var

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakupost.az lent.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 13-də Mil qəsəbəsi ərazisində baş verib.

Şamil Məhəmməd oğlu Nağıyevin idarə etdiyi VAZ-21099 markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarında işıq dirəyinə dəyib. Sürücü Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, yaralı dekabrın 14-də orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Seçilən
42
8
bakupost.az

10Mənbələr