Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Turanpress.org lent.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 13-də Mil qəsəbəsi ərazisində baş verib. Şamil Məhəmməd oğlu Nağıyevin idarə etdiyi VAZ-21099 markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarında işıq dirəyinə dəyib. Sürücü Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, yaralı dekabrın 14-də orada ölüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta