AZ

Elmar Baxşıyev: “Futbolda bu, qaçılmazdır”

Misli Premyer Liqasının XVII turunun "Araz-Naxçıvan" - "Sabah" matçından (0:1) sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

"Maraqlı oyunun şahidi olduq. Oyunun tempi, dinamikası yaxşı idi. Hər iki komanda ən yaxşısını etməyə çalışırdı. Komandamın oyunundan məmnunam. İstədiyim futbolu komanda verməyə çalışırdı. Futbolda bəzən belə də olur. Üstün oynayırsan, amma uduzursan. Yolumuza davam edirik. bu oyunu unudacağıq".

- Bu oyunda epizodları dəyərləndirə bilmədiz, iki penalti epizodu da var idi. Sizcə, şanssızlıq, yoxsa hakim təsir etdi?

- Hakimin üzərinə yüklənməyək. Mən birinci hissədəki epizodu penalti gördüm. Mənə görə penaltidir. Amma hakim dedi ki, yüngül müdaxilədir. Bir az fərqlidir. Düşünürəm ki, Hakimlər Komitəsinin görüşü olanda, yüngül və sərt toxunuşları bizə başa salacaqlar. İkili mübarizəli oyunun şahidi olduq. Hər iki komanda meydançada mübarizə aparırdı. Oyun da göstərirdi ki, qol vuran komanda qalib gələcək. Şanssızlıq deməzdim. Futbolda bu, qaçılmazdır. Heç kəs epizodlardan sığortalanmayıb. Düşünürəm ki, daha artığını etməliyik ki, bu epizodları dəyərləndirək.

- "Qarabağ"la oyun ərəfəsində uduzmağınız komandanın əhval-ruhiyyəsinə təsir edəcək?

- Bütün turlara nəzərə alsaq, bu sualı birinci turdan sonra vermişdilər. "Qarabağ"a 1:4 uduzduz, komanda həmin təsirin altından necə çıxacaq? Çempionat uzundur. Oyunlar fərqlidir. Bir oyunda uduzmusan. Nəyə görə ruh düşkünlüyü yaranmalıdır? Komandamız möhkəmdir. Komandamızın oyunçuları möhkəmdir. Məğlubiyyətlər olacaq. Futbolçularıma inanıram. İnanrıam ki, onlar ən yaxşısı edəcəklər.

Premyer Liqa: "Şamaxı" autsayderlə bacarmadı - YENİLƏNİB

Qurban Qurbanov: "Qarabağ"a sevginin azalmasını istəmirəm"

Qurban Qurbanov mükafatlandırıldı - FOTO

"Şamaxı" - "Səbail" oyunu nəzərdə tutulan vaxtdan gec başlayacaq

Sloveniya klubunun rəsmiləri “Qarabağ”ın akademiyasında

Seçilən
17
2
apasport.az

4Mənbələr