AZ

Mixeil Kavelaşvili Gürcüstan Prezidenti seçildi - YENİLƏNİB

Mixeil Kavelaşvili Gürcüstanın 6-cı Prezidenti seçilib.

Adalet.az xəbər verir ki, Gürcüstan MSK bu gün parlamentdə keçirilən səsvermənin nəticələrinin hesablanmasını başa çatdırıb.

Səsvermədə Seçicilər Kollegiyasının 225 üzvü iştirak edib, onlardan 224-ü 53 yaşlı keçmiş futbolçu, hakim partiyanın “Xalqın gücü” fraksiyasının həmtəsisçisi Mixeil Kavelaşvilinin prezident postuna namizədliyini dəstəkləyib.

Qeyd edək ki, 53 yaşlı M.Kavelaşvili Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu olub. O, yığmada ümumilikdə 46 matç keçirib və bu oyunlarda 9 qol vurub. Bununla yanaşı, Kavelaşvili Tbilisinin “Lokomotiv”, Vladiqafqazın “Spartak-Alaniya”, eləcə də “Mançester Siti” və İsveçrənin müxtəlif klublarında çıxış edib. 

***12:34

Gürcüstan Mərkəzi Seçki Komissiyası parlamentdə keçirilən prezident seçkisini baş tutmuş hesab edib.

Adalet.az xəbər verir ki, bu barədə MSK-nın məlumatında qeyd olunub.

    “Saat 11:30-a olan məlumata görə, prosesdə 170 kollegiya üzvü iştirak edib. Müvafiq olaraq, seçkilər keçirilmiş hesab edildi. Seçkilər baş tutdu, çünki seçki kollegiyasının tam tərkibinin yarıdan çoxu artıq orada iştirak edib”, - məlumatda bildirilib.

    ***11:39

    Bu gün Gürcüstan altıncı prezidentini seçəcək. Seçki Gürcüstan Mərkəzi Seçki Komissiyası tərəfindən parlament binasında keçirilir.

    Adalet.az xəbər verir ki, bu dəfə prezident ilk dəfə dolayı yolla, 300 üzvdən ibarət seçki kollegiyası tərəfindən seçiləcək.

    Gürcüstan Konstitusiyasına və qanunvericiliyin tələblərinə əsasən, seçki kollegiyasında parlamentin, Abxaziya və Acarıstan Muxtar respublikalarının Ali sovetlərinin, habelə siyasi partiyalar tərəfindən irəli sürülmüş şəhər şuralarının üzvlərinin hamısı proporsional şəkildə təmsil olunmalıdır. Konstitusiyaya görə, namizəd birinci turda seçilmək üçün kollegiya üzvlərinin ən azı üçdə ikisinin səsini toplamalıdır.

    Prezidentliyə namizəd bu səsi toplaya bilməsə, ikinci tur keçiriləcək. Prezidentin andiçmə mərasimi dekabrın 29-da, seçki günündən sonra üçüncü bazar günü keçiriləcək. Dövlət başçısı bu vəzifəni 5 il müddətinə icra edəcək.

    Qeyd edək ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası Gürcüstanın altıncı prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.

    phrase_var_article.chosen
    47
    adalet.az

    1phrase_var_article.sources