AZ

Kobaxidze: “Zurabişvili dekabrın 29-da prezident sarayından getməlidir”

“Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili səlahiyyətlərini təhvil vermək istəməsə və Mixail Kavelaşvilinin dövlət başçısı seçilməsini tanımasa da, prezident sarayını tərk etməli olacaq”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə mətbuat konfransında bildirib.

“Düz iki həftədən sonra yeni prezidentin andiçmə mərasimi keçiriləcək. Salome Zurabişvili öz vəzifəsindən getməli olacaq”, – deyə Kobaxidze bildirib.

Qeyd edək ki, yeni prezidentin andiçmə mərasimi 29 dekabrda keçiriləcək və həmin gün, Gürcüstan Baş naziri İrakli Kobaxidzenin bildirdiyinə görə, Zurabişvili öz iqamətgahından çıxmalı və bu binanı qanuni seçilmiş prezidentə təhvil verməli olacaq. Lakin o, prezident sarayını tərk etməyəcəyini bəyan edib.

KONKRET.az

Seçilən
15
50
konkret.az

10Mənbələr