AZ

Gürcüstanda restoranda 11 əcnəbinin meyiti tapıldı

Gürcüstanın Qudauri kurortunda Hindistan restoranında 12 nəfərin meyiti aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, onlardan 11-i Hindistan, biri isə Gürcüstan vətəndaşıdır.

Yayılan məlumatlara əsasən, həmin şəxslər restoranda çalışıblar, obyektin ikinci mərtəbəsində isə yaşayıblar.

Onların ölümünə bədbəxt hadisənin səbəb olduğu ehtimal edilir. Meyitlərin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Məlumdur ki, onların otaqlarında qapalı məkanda işıq söndüyündən generator işləyib.

Dəqiq səbəbin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin olunub.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq tədbirləri aparır.


Müəllif: Cəmilə Babayeva
Seçilən
28
teleqraf.com

1Mənbələr