AZ

Zelenskinin Brüsselə niyə çağırıldığı məlum oldu: Böyük planın detalları...

Avropa liderləri Ukrayna prezidenti Vladimir Zelenski və NATO-nun baş katibi Mark Rutte ilə dekabrın 18-da Brüsseldə sülh planlarını və Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi imkanlarını müzakirə etmək üçün görüşməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı "Politico" yayıb.

Görüşdən xəbəri olan beş nəfər Politico-ya bildirib ki, görüş ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynaya qoşun göndərməklə Kiyev və Moskva arasında gələcək sülh razılaşmasına nəzarət etmək üçün Avropa ölkələrinə təzyiqləri fonunda keçirilir.

Rutte və Zelenski ilə yanaşı, Almaniya kansleri Olaf Şols, Fransa prezidenti Emmanuel Makron, Polşa prezidenti Anjey Duda, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də dəvət olunub.

Reuters xəbər verir ki, tədbirdə İtaliyanın baş naziri Giorgia Meloni və Böyük Britaniyanın baş naziri Keir Starmer də iştirak edəcək.
Görüş çərşənbə günü günorta Aİ-Qərbi Balkan sammiti çərçivəsində təşkil olunacaq və Aİ liderləri Brüsselə səfər edəcəklər.

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr