AZ

ABŞ HTŞ-ni Suriya hökuməti kimi tanımağa hazırdır - ŞƏRTİNİ AÇIQLADI

"ABŞ Hayat Təhrir əş-Şamın prinsiplərə riayət edəcəyi və inklüziv bir hökumət formalaşdıracağı halda, onu Suriyanın qanuni hökuməti kimi tanımağa hazırdır".

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Qeyd edək ki, Hayat Təhrir əş-Şam (HTŞ) Suriyada fəaliyyət göstərən, radikal ideologiyaya sahib olan və əsasən Əl-Qaidə ilə əlaqələrindən irəli gələn keçmişi ilə tanınan silahlı qruplaşmadır. Qruplaşma 2017-ci ildə bir neçə kiçik fraksiyanın birləşməsi ilə yaradılıb. Onun kökləri, xüsusilə, 2012-ci ildə yaranmış və Suriya müharibəsində iştirak edən Cəbhət ən-Nüsrə adlı təşkilata bağlıdır.

Entoni

HTŞ radikal islamçı bir təşkilatdır, ancaq son illərdə bəzi qruplaşmalarla müqayisədə daha "pragmatik" mövqe tutmağa çalışır və bəzi hallarda özünü daha yumşaq və lokal quruluş kimi göstərir.

Suriyada Bəşər Əsəd hökumətini devirmək və İslam şəriətinə əsaslanan bir dövlət qurmaq təşkilatın əsas məqsədidir.
Təşkilat əvvəllər Əl-Qaidə ilə bağlı olsa da, 2016-cı ildən sonra bu əlaqəni rəsmən kəsdiyini elan edib. Buna baxmayaraq, beynəlxalq ictimaiyyət HTŞ-ni terror təşkilatı olaraq tanıyır.

Afaq,
Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr