AZ

Rusiya Suriyadan geri çəkilir, lakin bölgədə bazalarını saxlayır - KİV

Rusiya qoşunlarını Suriyanın şimalındakı cəbhə xəttindən və Ələvi dağları ərazilərindən çıxarır, lakin Tartus və Xmeymimdə mühüm hərbi bazalarını saxlayır.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Suriya hərbi və təhlükəsizlik rəsmilərinin sözlərinə görə, Moskva bəzi texnika və yüksək rütbəli zabitləri Rusiya Federasiyasına geri göndərir.

Bununla belə, Rusiya qüvvələri Aralıq dənizində təmir və Afrikadakı əməliyyatlar da daxil olmaqla, qlobal hərbi mövcudluğunu saxlamaq üçün bazalarda qalır.

Suriyanın yeni administrasiyası ilə danışıqlar davam edir, lakin Rusiya qoşunlarının gələcək yerləşdirilməsi məsələsi açıq qalır.

Bizim.Media

Seçilən
54
bizim.media

1Mənbələr