AZ

"Mango"nun qurucusu dağ gəzintisində dünyasını dəyişdi (FOTO)

Məşhur İspan tekstil nəhəngi "Mango"nun qurucusu İsak Andiç Ermay (Isak Andic Ermay) bu gün Kataloniya bölgəsində yerləşən Montserrat dağında gəzinti zamanı yıxılaraq, 71 yaşında dünyasını dəyişib.

Valyuta.Az xəbər verir ki, Kataloniya hökumətinin başçısı Salvador İlla Roka (Salvador Illa Roca) rəsmi "X" hesabında paylaşdığı açıqlama ilə Andiç Ermayın vəfatını ictimaiyyətə çatdırıb.

"İsak Andiçin itkisi məni dərin kədərə boğdu," - deyə Roka bildirib. "O, liderliyi ilə Kataloniyanın inkişafına və dünyada tanıdılmasına töhfə vermiş fədakar bir iş adamı idi. Kataloniya və qlobal moda sektorunda silinməz iz buraxıb. Ailəsinə, dostlarına və 'Mango' kollektivinə başsağlığı diləyirəm," - deyə o əlavə edib.

1953-cü ilin oktyabrında İstanbulda Sefarad yəhudisi bir ailədə dünyaya gələn İsak Andiç Ermay, 1969-cu ildə İspaniyanın Barselona şəhərinə köçərək, burada qardaşı Nahman (Nahman Andic) ilə birlikdə əl işi tişört və taxta çəkmələr satmağa başlayıb.

Barselona və Madriddə mağazalar açan, daha sonra "Isak Jeans" adlı öz markasını təsis edən Andiç Ermay, 1984-cü ildə biznes ortağı Enrik Kusi (Enric Cusi) və qardaşı ilə tərəfdaşlıq edərək bütün mağazalarının adını "Mango" olaraq dəyişib.

"Mango" bu gün dünyanın bir çox ölkəsində fəaliyyət göstərən, dəyəri 4,5 milyard dollardan çox olan bir tekstil nəhəngidir.

Rəhim

Seçilən
36
valyuta.az

1Mənbələr