AZ

Bəşər Əsədə Rusiyada dövlət mühafizəsi ayrılıb?

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Suriyanın keçmiş prezidenti Bəşər Əsədə dövlət mühafizəsinin verilməsi ilə bağlı məlumatı təsdiqləməyib.

Milli.Az-ın xəbərinə görə, Narışkin bildirib ki, o, Yaxın Şərq ölkəsinin keçmiş prezidentinin Rusiyada olarkən dövlət təhlükəsizliyi ilə təmin olunub-olunmadığını bilmir.

Dekabrın 8-də Bəşər Əsəd prezident postundan istefa verib və Suriyanı tərk edib. Bu, silahlı müxalifət və "Həyat Təhrir əl-Şam" yaraqlılarının Dəməşqə daxil olub prezident sarayının zəbt edilməsindən sonra baş verib. Hazırda Əsəd ailəsi ilə birlikdə Moskvadadır. /lent.az

Milli.Az

Seçilən
11
3
milli.az

4Mənbələr