AZ

"Boşanandan 5 gün sonra ikinci xanımımla rastlaşdım"

"30 ildir eyni evdə yaşayıram. 15 kvadratmeterlik yarızirzəmidir. Nəinki paltarlarıma nəm iyi hopub, hətta görürəm ki, öskürürəm. Səhərə qədər yatmaq olmur".

 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Həftənin qonağı" verilişində deyib. Aktyor səhhətində yaranan problemlərin yaşadığı evdəki şəraitsizliklə əlaqədar olduğunu deyib:

 

"Cavan idim, dözürdüm. İndi bədənim götürmür. Ömrümə nə qalıb ki? 1 il, 2 il, 5 il. Bir az pulum olardı, 1-2 otaqlı ev götürüb yaşayardım ki, nəm olmasın. Bu evdən canım qurtaraydı".

 

R.Rəhmanov ikinci həyat yoldaşı Gülbikə xanımla necə tanış olmasından danışıb:

 

"7 otaqlı evim var idi. Birinci həyat yoldaşımdan boşanandan 5 gün sonra təsadüfən ikinci xanımımla rastlaşdım. Dostumgilə getmişdim. Süfrədə bizə qulluq edirdi. Söz vermişdim ki, qabağıma ilk kim çıxsa, onunla da evlənəcəyəm. Həmin vaxt yox, indi aşiqəm ona. Çünki 30 ildir məni o yaşadır. Məni uşaq kimi saxlayır. Evdə arxamca gəzir". 

 

Aktyor boşanmaq üçün məhkəməyə birinci həyat yoldaşı Ulduz Əhmədovanın müraciət etdiyini deyib:

 

"Bir qadın bir kişi ilə yaşamaq istəmirsə, buna məcbur deyil. O istəmədi, boşandı. Məhkəmə var, 10 il sonra da araşdırılsa, görüncək ki, boşanmaq üçün o müraciət edib". 

 

Əməkdar artist ilk xanımının haqqında səsləndirdiyi "Xəstə idim, qoyub getdi. Boşanmazdan əvvəl də o xanımla görüşürdü" iddialarına aydınlıq gətirib:

 

"Yox, bu böyüklükdə yalan olar? Mən evdən çıxanda and içmişdim ki, kim ilk rastıma çıxsa, uyğun olsa, onunla da evlənəcəyəm. Hansı səbəbdən boşandığını o bilir. Bir evdə yaşayırdıq. Birdən bildim ki, boşanmaq istəyir. Dedim, əcəb etmisən, gedək, qol çəkim. İlk həyat yoldaşım məni sevsəydi, niyə məndən boşanırdı?".

 

Qeyd edək ki, R.Rəhmanov iki dəfə ailə həyatı qurub. Əməkdar artistin birinci evlilikdən iki övladı var. Aktyorun böyük oğlu Emil Rəhmanov müğənni olub. O, 2023-cü ildə sentyabrın 19-da dünyasını dəyişib.

Tarix: 14 Dekabr 2024, 23:22   
phrase_var_article.chosen
29
10
pravda.az

9phrase_var_article.sources