AZ

Öndər, sənə görə belə güclüyük...

Vahid ƏZİZ,
Xalq şairi

Coşur məzarında güllərdən dəniz –
Varaqlar üstündə qələm hönkürür,
Təkcə Azərbaycan qalmadı Sənsiz –
Öndər, yoxluğuna aləm hönkürür.

Cənnətin göylərin yeddi qatında,
Yerə zülmət çökər Günəş batanda,
Çox doğma olsa da zarafatın da –
Bu gün o da qoymur güləm, hönkürür.

Adın milyon-milyon sevən ürəkdə,
Çağırışın yumruqlu qolda, biləkdə,
Deyir qəbrin üstə bitən çiçək də –
“Düşünmə bəxtəvər güləm”, hönkürür.

Heyrət timsalıydı Səndəki dözüm,
Nur oldun içində alovun, közün,
Yaşıdım ixtiyar – gizlədir gözün,
İstəmir səbəbin biləm, hönkürür.

Öndər, Sənə görə belə güclüyük,
İndi iradəli ölkəyik, elik,
Olsa da hamıdan evimdə kiçik –
Çəkilib gizlinə nəvəm, hönkürür.

Coşur məzarında güllərdən dəniz –
Varaqlar üstündə qələm hönkürür,
Təkcə Azərbaycan qalmadı Sənsiz –
Öndər, yoxluğuna aləm hönkürür...

 

(Şeir 2003-cü il dekabrın 12-də yazılıb və ilk dəfə çap olunur)

Seçilən
23
xalqqazeti.az

1Mənbələr