Suriyada devrilmiş Baas rejiminin paytaxt Dəməşqdəki Mezze Hərbi Həbsxanasındakı qeyri-insani şəraitdən görüntülər yayılıb.
"TRT Haber"in reportajı:
Dekabrın 8-də Baas rejiminin süqutu ilə rejim həbsxanalarında saxlanılan minlərlə insan azadlığa buraxılıb
Görüntülərdə devrilmiş Əsəd rejiminin hərbi kəşfiyyat bölməsinin idarə etdiyi Mezze Hərbi Həbsxanasında saxlanılanların şəxsi əşyalarının kameralarda qalması diqqət çəkir
Məhkumların həbsxana divarlarına şeirlər yazdıqları, şəkillər və təqvimlər çəkdikləri görünür. Kameralarda və yerdə kuklalar, boşqablar və yeməklər var
Qeyri-insani şəraitin olduğu həbsxanada qadınların da olduğu təxminən 700 nəfərin saxlandığı bildirilir
Həbsxanada 6 və ya 8 məhbusun tək kamerada, təxminən 80 nəfərin isə 10 nəfərlik kameralarda saxlandığı öyrənilib
Bu həbsxanalar arasında Dəməşqdəki Sednaya, Mezze və Kabun və Homs əyalətindəki Balone və Tedmur işgəncə baxımından seçilir, orada saxlanılan insanların əksəriyyətindən illərdir xəbər alınmır
Silahlı qruplar rejimi devirdikdən sonra həbsxanalardakı məhbuslar da xilas edilib