2025-ci il üçün Türkiyənin FİFA hakimlərinin adları açıqlanıb. 5 hakim - Xəlil Umut Meler, Atilla Karaoğlan, Arda Kardeşler, Kadir Sağlam və Zorbay Küçük FİFA statusunu qoruyub.
Yanvardan etibarən isə onların sırasına Mehmet Türkmən və Oğuzhan Çakır kimi gənc hakimlər də qoşulacaq. Türkiyə Futbol Federasiyası tərəfindən açıqlanan siyahıda FİFA statusu alan yeni yan xətt və VAR hakimləri də açıqlanıb. Birincilərin siyahısına Anıl Usta, Bersan Duran, ikincilərin siyahısına isə Onur Özütoprak, Zorbay Küçük, Direnc Tonusluoğlu, Əmrə Karqın və Ərkan Özdamar əlavə edilib.
Qeyd edək ki, 29 yaşlı Mehmet Türkmən ən son ''Beşiktaş''ın ''Fənərbaxça''nı 1:0 məğlub etdiyi qarşılaşmada karyerasının ilk derbisini idarə etmişdi. Məğlubiyyətə baxmayaraq ''Fənər''in ünlü çalışdırıcısı Joze Mourinyo oyundan sonra hakimi tərifləmişdi. 25 yaşlı Oğuzhan Çakır isə bu mövsüm artıq kifayət qədər tənqid olunub. ''Qalatasaray''ın bu mövsüm superliqada xal itirdiyi hər iki oyunu o idarə edib. Hər iki qarşılaşmada da ''sarı-qırmızılar'' gənc hakimdən narazı qalıblar.
Bundan başqa Çakırın oktyabrda baş tutan ''Trabzonspor'' - ''Fənərbaxça'' oyunundakı (2:3) idarəçiliyi də böyük müzakirələrə səbəb olmuşdu.
ƏLİ
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less