Çempionlar Liqasının ən uzun quru seriyaları açıqlanıb.
İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlində 10 seriya yer alıb.
Seriyası bu həftə qırılan Yan Zommer də “onluğ”a daxil olub. Siyahıya isə almaniyalı Yens Lemann başçılıq edir. O, “Arsenal”da oynayanda qapısını 853 dəqiqəlik “tilsimləyib”.
1. Yens Lemann (“Arsenal”) - 853
2. Keylor Navas (“Real”) - 737
3. Ederson (“Mançester Siti”) - 700
4. Edvin van der Sar (“Ayaks”) - 658
5. Dida (“Milan”) - 622
6. Canluici Buffon (“Yuventus”) - 600
7. Bodo İlqner (“Real”) - 593
8. Dida (“Milan”) - 580
9-10. Pepe Reyna (“Liverpul”) - 573
Yan Zommer (“İnter”) – 573
İdman.biz