AZ

Tramp ABŞ-da yay vaxtına keçidi ləğv edəcəyinə söz verib

Bakı, 15 dekabr, AZƏRTAC

ABŞ-ın yeni seçilmiş Prezidenti, respublikaçı Donald Tramp dekabrın 14-də bildirib ki, onun partiyası ölkədə yay vaxtına keçidi ləğv etməyə çalışacaq.

AZƏRTAC xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

Amerika Birləşmiş Ştatlarında 1966-cı ildə yay vaxtına keçid qəbul olunub. Lakin Arizona, Havay, Amerika Samoası əraziləri, Quam, Şimali Mariana, Puerto Riko və Virgin adaları istisna təşkil edir.

Seçilən
28
8
azertag.az

9Mənbələr