AZ

Tramp bu şəxsi xüsusi tapşırıqlar üzrə nümayəndə təyin etdi  

ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə müşavirlərindən biri olan Riçard Qrenelli "Xüsusi Tapşırıqlar üzrə Nümayəndə" təyin edib.

Musavat.com xəbər verir ki, bu barədə yayılan bəyanatda Qrenellin Venesuela və Şimali Koreya da daxil olmaqla dünyanın ən gərgin nöqtələrində fəaliyyət göstərəcəyi qeyd olunub.

ABŞ milli kəşfiyyatının keçmiş rəhbərinin Ukrayna münaqişəsinin həlli üçün üç ssenaridən birini hazırladığı bildirilir. Lakin bu planın detalları açıqlanmır.

Qrenell daha əvvəl Ukraynanın NATO-ya üzv olmasının ABŞ-ın maraqlarına uyğun olmadığını bildirib. O, əlavə edib ki, Ukrayna problemini Avropa həll etməlidir. Bundan başqa, Qrenell, Bayden administrasiyasını ATACMS raketləri ilə Rusiyanın dərinliklərini hədəf almağa icazə verməklə münaqişəni daha da alovlandırmaqda günahlandırıb.

Seçilən
14
1
musavat.com

2Mənbələr