Ötən gün şimal bölgəsində müşahidə olunan qarlı hava bu gün səngiyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadakı Şimal-Şərq regional mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qar yağması müşahidə olunmur.
Bununla belə bölgədə qarlı-şaxtalı hava müşahidə edilir. Avtomobil yollarını buz bağlayıb.
Mərkəzin məlumatına görə, səhər saat 7-də ən çox şaxta Qubanın Xaltan kəndində qeydə alınıb: -16 dərəcə.
Ən çox qar isə 12 sm olmaqla Xızının Altıağac qəsəbəsində müşahidə edilib.
Hazırda Xaltanda temperatur -3,5 dərəcəyə enib. Altıağac qəsəbəsinfə isə qarın hündürlüyü 12 sm olaraq qalır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu