AZ

Suriyaya qaçqın axını artır

Bakı. Trend:

Bəşər Əsəd rejiminin süqutu fonunda Suriyaya qaçqınların axınıgüclənib. Təkcə dekabrın 9-dan 13-dək Türkiyədən vətənlərinəkönüllü olaraq 7621 suriyalı qayıdıb. Bu ilin ilk 11 ayında isə bugöstərici 121 min 695 nəfər təşkil edib.

Trend-inməlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri AliYerlikaya açıqlama verib. Onun sözlərinə görə, hazırda TürkiyədəSuriyadan olan qaçqınların sayı 2 milyon 938 min nəfəri ötüb,onların əksəriyyəti Hələb vilayətinin keçmiş sakinləridir.

“TRT Haber” telekanalı xəbər verir ki, Hatay vilayətindəki“Cilvegözü”, “Yayladağı” və “Zeytindalı” sərhəd keçidməntəqələrində Suriyaya qayıdan qaçqınlardan ibarət uzun növbələrmüşahidə olunur.

Eyni zamanda, Türkiyənin xarici işlər naziri Hakan Fidan,Türkiyənin Dəməşqdəki səfirliyinin 12 ildən sonra yenidənfəaliyyətə başlamasını müsbət qiymətləndirib. “Qarşıdakı dövrSuriya üçün çətin ola bilər, lakin Türkiyə Suriya xalqı iləçiyin-çiyinə dayanmağa davam edəcək,” - deyə nazir vurğulayıb.

Seçilən
33
3
az.trend.az

3Mənbələr