AZ

Astana Mərkəzi Asiyada beynəlxalq davamlı inkişaf sertifikatını alan ilk şəhərdir

Astana, 15 dekabr, AZƏRTAC

Astana Qazaxıstan və Mərkəzi Asiyada “Dayanıqlı şəhərlər və icmalar – Şəhər xidmətləri və həyat keyfiyyətinin göstəriciləri” ISO 37120 standartına uyğun beynəlxalq sertifikat alan ilk şəhər olub.

AZƏRTAC Astana şəhər icra hakimiyyətinə istinadla xəbər verir ki, sertifikat paytaxtın dayanıqlı şəhərsalma sahəsində dünya liderlərindən biri olduğunu təsdiq edir.

Sertifikatlaşdırma dünyada şəhərlərin sertifikatlaşdırılması üzrə yeganə orqan olan Şəhər məlumatları üzrə Ümumdünya Şurası tərəfindən həyata keçirilib.

Astana iqtisadiyyat, təhsil, səhiyyə, təhlükəsizlik və nəqliyyat da daxil olmaqla, 19 əsas sahədə 128 göstərici üzrə hərtərəfli qiymətləndirilib. “Dayanıqlı şəhər” statusu Astana üçün turizmin inkişafı, beynəlxalq investisiyaların cəlb edilməsi, qlobal tərəfdaşlarla əlaqələrin genişləndirilməsi və infrastruktur layihələrinin həyata keçirilməsində yeni imkanlar açır.

ISO 37120 standartı 2014-cü ildə hazırlanmış və 2018-ci ildə yenilənmişdir. Hazırda dünyada 140-dan çox meqapolis, o cümlədən Los-Anceles, London, Dubay, Yohannesburq, Varşava və digərləri bu standarta uyğundur.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
42
3
azertag.az

4Mənbələr