AZ

Azərbaycanda Media Savadlılığı Həftəsinə start verilir

Bakı. Trend:

Dekabrın 16-dan 22-dək Medianın İnkişafı Agentliyinintəşkilatçılığı ilə Azərbaycanda Media Savadlılığı Həftəsikeçiriləcək.

Trend xəbər verirki, bu tədbirin əsas məqsədi cəmiyyətdə media savadlılığı ilə bağlımaarifləndirməni artırmaq, beynəlxalq uğurlu təcrübəni öyrənmək,xüsusilə gənclərin bilik və bacarıqlarını inkişaf etdirməkdir. Eynizamanda, informasiya mənbələri ilə effektiv qarşılıqlı əlaqəninqurulması və məsuliyyətli rəqəmsal vətəndaşlıq anlayışının təbliğidə həftənin hədəfləri arasındadır.

Ənənəvi olaraq təşkil olunan Media Savadlılığı Həftəsiçərçivəsində yerli və beynəlxalq ekspertlər, eləcə də tərəfdaşqurumların nümayəndələri bir araya gələrək fikir və təcrübələrinibölüşəcək. Həftə boyunca media savadlılığının müxtəlif aspektləriniəhatə edən tədbirlər və layihələr həyata keçiriləcək.

Bu təşəbbüs həm media mühitinin təkmilləşdirilməsinə, həm dəcəmiyyətdə məsuliyyətli media istifadəsinin təşviqinə xidmətedir.

Seçilən
33
4
az.trend.az

5Mənbələr