AZ

Kerç boğazında Rusiya tankeri batır - 4 ton mazut daşıyır

Kerç boğazında fırtına nəticəsində daha bir Rusiya tankeri - "Volqoneft 239" zədələnib.

Qaynarinfo xəbər verir ki, TASS əməliyyat xidmətlərinə istinadən məlumat yayıb.

Tankerdə 14 nəfər var. Yük gəmisi 4 ton mazut daşıyır.

Təxminən bir saat əvvəl məlum olub ki, "Volqoneft 212” markalı mazut gəmisi Kerç boğazına 8 km qalmış qəza vəziyyətinə düşüb. Rusiya Fövqəladə Hallar Xidmətinin TASS-a verdiyi məlumata görə, fırtına səbəbindən tankerin burnu qopub. 

Fövqəladə Hallar Nazirliyi gəmiyə Mi-8 helikopterinin uçduğunu bildirib. "Merkuri” xilasedici yedək gəmisi də Kamış-Burun Kerç körfəzindən çıxıb.

Krım Fövqəladə Hallar Nazirliyi bir gün əvvəl dekabrın 15-də regionda çətin hava şəraitinin müşahidə olunacağını bildirib. İdarədən verilən məlumata görə, küləyin maksimal sürəti 22 m/s-ə çata bilər. Nazirlik dəqiqləşdirib ki, hazırda dəniz vəziyyəti 9 baldan 7-yə çatıb (dalğanın hündürlüyü 9 metrə çata bilər).

Aydın
Seçilən
28
qaynarinfo.az

1Mənbələr