"Avroviziya" təmsilçilərimizdən olan Səbinə Babayeva "İTV"nin suallarını cavablandırıb.
Axşam.az xəbər verir ki, müğənni müsabiqədə yer alan mahnıların Top 10-luğunu edib.
Səbinə bildirib ki, "Avroviziya"da Azərbaycanı təmsil edən Aysel Teymurzadə və Araşın "Always" mahnısı onun üçün hər zaman birinci pillədə dayanır.
İfaçı Samir Cavadzadə və Elnur Hüseynov haqda "Möhtəşəm duetdir. Onların mənim üçün dördüncü yerdədirlər"sözlərini söyləyib.