Rusiyaya məxsus “Volqoneft-212” və “Volqoneft-239” tankerləri Kerç boğazında qəza vəziyyətindədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, güclü dalğalar sahildən bir neçə kilometr aralıda gəmiləri vurub. Əvvəlcə dörd ton mazut daşıyan
Əvvəlcə “Volqoneft-212” tankeri zədələnib. Bir saat sonra dalğalar “Volqoneft-239”a ziyan vurub.
Regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib ki, gəmi heyətinin köməyinə Rusiyanın FHN-nin Mi-8 helikopteri göndərilib.
“Volqoneft-212”in göyərtəsində 13, “Volqoneft-239”də isə 14 ekipaj üzvü olub. Hazırda xilasetmə və təxliyyə əməliyyatları aparılır.
“Volqoneft 212” gəmisinin səkkiz ekipaj üzvü sudan çıxarılıb, beş nəfərin xilas edilməsi davam edir.
Son məlumatlara görə, tankerlərdən biri quruya çıxarılıb. Məlumata görə, tanker qəzaları nəticəsində mazut dağılmaları baş verib.