4 tondan çox mazut daşıyan “Volgoneft 212” tankeri iki hissəyə bölünərək yanacaq sızmasına səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb.
Mənbə tankerin göyərtəsində 13 nəfərin olduğunu qeyd edib. Hazırda xilasetmə əməliyyatı davam edir.
Bunun ardınca göyərtəsində 14 nəfərin olduğu başqa bir tanker -“Volgoneft 239” batmağa başlayıb. Xilasedicilər ikinci gəminin ekipajını təxliyə etməyə çalışırlar.
Bizim.Media