AZ

Rusiyada qəzaya uğrayan gəmidə azərbaycanlılar var? - Rəsmi açıqlama

"Volqoneft" tankeri Kerç boğazında qəza vəziyyətindədir.

Fırtına zamanı tankerin burun hissəsi qopub, 13 heyət üzvü tankerin arxa hissəsindədir.

Sahildən 8 km uzaqlıqda olan tankerdə xəsarət alanlar və mazutun dənizə axması ilə bağlı məlumat daxil olmayıb. Xilasetmə əməliyyatına başlanılsa da, fırtına səbəbindən aviasiyanın havaya qaldırılması mümkün olmur.

İnsanlarda narahatlıq doğuran məsələlərdən biri də, həmin tankerdə azərbaycanlıların olub olmaması idi.

Ajans.az-ın sorğusuna cavab verən Dövlət Dəniz və Liman Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova heyət arasında azərbaycanlı olmadığını bildirib.

Qeyd edək ki, Kerç boğazı Qara dəniz və Azov dənizini birləşdirən dəniz keçididir.

2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi nəticəsində boğaza nəzarət yenidən Rusiyaya keçib.


Telegram kanalımız
phrase_var_article.chosen
30
2
yenisabah.az

3phrase_var_article.sources