AZ

“Təsdiq edə bilərəm ki, başqa klublar əvvəllər məni almaq istəyirdi"

“İnter”in müdafiəçisi Alessandro Bastoni başqa klublardan təklif aldığını etiraf edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu mütləq prioritetinin həmişə “İnter” olduğunu bildirib:

“Təsdiq edə bilərəm ki, başqa klublar əvvəllər məni almaq istəyirdilər, amma mənim mütləq prioritetim həmişə “İnter” olub.

Futboldan kənar həyatdan danışsaq, ailəm burada çox xoşbəxtdir. Mən bütün əsas turnirlərdə mübarizə aparan komandada oynayıram”.

25 yaşlı Bastoninin adı müxtəlif vaxtlarda Avropanın top-klublarının sırasına keçməklə əlaqələndirilirdi. “Real” və “Mançester Siti” iddialılar arasında idi.

Seçilən
26
sportinfo.az

1Mənbələr