AZ

BMT baş katibinin xüsusi nümayəndəsi DƏMƏŞQDƏ

BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Qeyr Pedersen Bəşər Əsəd respublika prezidenti postundan getdikdən sonra ilk dəfə Dəməşqə səfər edib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Pedersen Əsəd rejiminin süqutundan sonra ölkədə baş verən dəyişikliklərin əhəmiyyətli olduğunu və böyük ümidlər verdiyini qeyd edib, lakin qarşıda hələ çox çətinliklərin olduğunu vurğulayıb.

Diplomat həmçinin Qərbin Suriyaya qarşı sanksiyalarının tezliklə ləğvinə ümid etdiyini bildirib.

“Biz ümid edirik ki, sanksiyalar tez bir zamanda aradan qaldırılacaq və o zaman biz həqiqətən Suriyanın yenidən qurulması ətrafında birləşə bilərik... Bunlar BMT-nin sanksiyaları deyil. Bunlar ABŞ və Aİ və bəlkə də digərləri tərəfindən tətbiq edilən sanksiyalardır”, - Pedersen əlavə edib.

Seçilən
21
1
publika.az

5Mənbələr