Yazını böyüt
Yazını kiçilt
FİFA futbolda daha bir yenilik edib.
Hafta.az xəbər verir ki, hadisə dünən Qitələrarası Kubokun "Paçuka" (Meksika) - "Əl Əhli" (Misir) matçında baş verib.
Yenilik hakimliklə əlaqədardır. Baş hakim Əlirza Fəqani oyunda əlavə avadanlıqla işləyib. İran əsilli avstraliyalı referinin sol qulağının üstünə videokamera və xüsusi qulaqlıq taxılıb.
Bununla da FİFA Hakimlər Komitəsi oyunu bir də hakimin gözü ilə qeydə alaraq növbəti sınaq keçirir.