Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyiİsrail hökuməti, Colan Yüksəkliklərinin inkişafı üzrə planı təsdiqləyib.Bununla bağlı, İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Bu qərar, Colan Yüksəkliklərinin məskunlaşdırılmasını gücləndirmək məqsədi güdür. Xüsusilə təhsil, bərpa olunan enerji mənbələrinin bərpası, tələbə kəndlərinin yaradılması və yeni sakinlərin qəbuluna kömək edəcək təşkilati inkişaf proqramının həyata keçirilməsini nəzərdə tutur",- deyə məlumatda bildirilir.
Hökumət, planın həyata keçirilməsi üçün40 milyonşekel ayrılacağını açıqlayıb.Bu təşəbbüs, Colan Yüksəkliklərinin əhalisini ikiqat artırmağı hədəfləyir.
Məhəmmədəli Həsənli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta