Fransa diplomatik münasibətlərdə uzun fasilədən sonra Dəməşqə dörd diplomat göndərəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Jan-Noel Barrot "France Inter" radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu missiya dekabrın 17-də Suriyaya yola düşəcək və bu, son 12 ildə ilk belə səfər olacaq.
"Suriyaya göndərilən dörd diplomatın məqsədi oradakı nüfuzumuzu bərpa etmək, yeni hakimiyyətlərlə ilkin əlaqələr qurmaq və əhalinin təcili humanitar ehtiyaclarını qiymətləndirmək olacaq”, deyə Barro bildirib.
O, əlavə edib ki, kifayət qədər sakitləşdirici yeni hökumətin sakitliyin bərpa olunması və sui-istifadə hallarının olmaması ilə bağlı açıqlamalarının doğru olub-olmadığını yoxlamaq lazımdır.
Dekabrın 14-də Türkiyənin Dəməşqdəki səfirliyi 13 ilə yaxın fasilədən sonra fəaliyyətə başlayıb.
Aydın