AZ

Keçmiş nazir müavinini həbs edən bölgəyə yanğınsöndürən həddiyə olunacaq - Hökumətdən vəd

Polşa Baş nazirinin ofisi keçmiş ədliyyə nazirinin müavini Marçin Romanovskinin ələ keçirilməsinə görə yanğınsöndürən maşın şəklində mükafat təklif edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Romanovskini ilk tutan kommuna (Polşanın ən kiçik inzibati vahidi) yanğınsöndürən maşını alacaq", deyə baş nazir aparatının rəhbəri Yan Qrabek bildirib.

Hazırda müxalifətdə olan Qanun və Ədalət Partiyasından olan Seymin deputatı Marçin Romanovski Ədalət Fondundan vəsaitlərin qanunsuz xərclənməsi ilə bağlı cinayət işində əsas şübhəlilərdən biri hesab olunur. Əvvəlcə onun deputat toxunulmazlığı Avropa Şurası, sonra isə əlavə olaraq Polşa parlamenti tərəfindən götürülüb.

Polşa mətbuatının yazdığına görə, toxunulmazlığı götürüldükdən sonra Romanovski xəstəxanada olsa da, dekabrın 6-da evə buraxılıb və telefonunu söndürüb. Prokurorluq onu axtarışa verib. Polşa hüquq-mühafizə orqanlarının məlumatına görə, Romanovski Şengen zonasını tərk etməyib, öz adına aviabilet almayıb və Avropa İttifaqı sərhədlərini keçməyib. Ola bilsin ki, o, Polşada gizlənir.

Aydın
Seçilən
12
1
qaynarinfo.az

10Mənbələr