AZ

Yeni Prezident: "Gürcüstanın Aİ-yə daxil olmasının mənası yoxdur"

“Dəyərlərini və adət-ənənələrini imtina edərək Gürcüstanın heç bir təşkilata qoşulmasının mənası yoxdur”.

Bunu “İmedi” telekanalına müsahibəsində Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti istənilən məsələ ilə bağlı müzakirələrə açıqdır, lakin Qərbdən müzakirə aparmaq üçün heç bir qarşılıqlı istək yoxdur, sadəcə tənqid var.

“Əgər bizim dəyərlərimiz və xarakterimiz, mədəniyyətimiz, dilimiz, inancımız, vətəni müdafiəmiz olmasaydı, hansısa təşkilata qoşulmağın nə mənası olardı? Biz Avropa Birliyinə olduğumuz kimi üzv olmaq istəyirik, inteqrasiyadan imtina etmirik”.

Mixeil Kavelaşvili ölkənin hazırkı prezidenti Salome Zurabişvilinin hökumətlə qarşıdurmasını da dəyərləndirib. O qeyd edib ki, Zurabişvili hökumətin siyasəti ilə razılaşmırdırsa, istefa verməli idi.\\report.az

"Cebheinfo.az"

phrase_var_article.chosen
28
14
cebheinfo.az

10phrase_var_article.sources